Maide.az-ın məlumatına görə, Birləşmiş Ştatların xarici kəşfiyyat işləri üzrə məhkəməsi Milli Təhlükəsizlik Agentliyinə (MTA) dünyanın 193 ölkəsində casusluq edə bilmə izni verib.
Qərara uyğun olaraq MTA Amerika vətəndaşlarının digər rəqib ölkədəki yaxınları ilə danışıqlarını dinləyə biləcək.
Qeyd edək ki, bu addım Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zellandiyaya tətbiq olunmayacaq. Çünki adıçəkilən ölkələr ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx rabitədədirlər.