ABŞ prezidenti Donald Trump deyir ki, Moskva Ukrayna və Suriyada sülh sazişlərinə razılaşmayınca Rusiyaya sanksiyalar qaldırılmayacaq.
“Suriya və Ukraynada bizi, hamını təmin edən bir şey hazırlanmayınca sanksiyaları qaldıran deyiləm”, – Trump iyulun 13-də Parisə gedərkən təyyarədə jurnalistlərə deyib.
“Böyük razılaşmalar əldə etmişəm. Etdiyim budur. Heç nəyə nail olmamış sanksiyaları niyə qaldırmalıyam?”, – o deyib. Trump onu da sözlərinə əlavə edib ki, Almaniyada ötən həftəki görüş zamanı Rusiya prezidenti Vladimir Putin sanksiyalar məsələsini qaldırmayıb.
Trump dəfələrlə bildirib ki, sələfi Barack Obama-nın Rusiyaya Ukraynaya təcavüzündən dolayı qoyduğu sanksiyalara əməl edəcək. (azadlıqradiosu) /