Ailə üzvləri Pərviz Həşimli ilə görüşə bilməyib

Penitensiar Xidmətin Kürdəxanıda yerləşən Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan şəxslərlə görüşə icazə verilmir. Bu haqda həbsdə olan tanınmış jurnalist Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimli bildirib. “Ötən şənbə günü Pərvizlə görüşməyə gedərkən bizə bunun mümkün olmadığını bildirdilər. Səbəb isə təcridxanada təmir işlərinin getməsidir. Nə vaxt təmir işləri bitəcək, bunu da bilmirik. Bizə bu haqda heç bir məlumat vermədilər”. 
 
Xatırladaq ki, Pərviz Həşimli ötən ilin sentyabr ayının 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Məhkəmə jurnalistin ittiham olunduğu qaçaqmalçılıq və qanunsuz silah saxlama maddələrini əsaslı hesab edərək onu 8 il müddətinə azadlıqdan məhrum edib. 
 
P.Həşimli bütün ittihamları rədd edib, Beynəlxalq Amnistiya Təşkilatı onu «vicdan məhbusu» elan edib.