ALi Lider Ayətullah Xamenei İraqda yeni baş naziri dəstəklədi

İslam İnqilabının rəhbəri Ali lider  Ayətullah Əli Xamenei  bu gün İranın xarici işlər nazirliyinin işçiləri və bu ölkənin digər ölkələrdəki səfirləri ilə görüşüb.
Maide.az-ın Ali Lider Ayətullah Xameneinin rəsmi saytına istinadən məlumatına görə, görüşdə çıxışı zamanı Ali Lider Ayətullah Xamenei İraqda baş verən proseslərdən danışıb. 

"Ümid edirəm İraqda yeni baş nazirin təyin olunması ilə bu ölkədə problemlərdəki düyünlər  açılacaq və yeni hökumət qurulacaq və İraqda fitnə yaratmaq istəyənlərə lazimi cavabı verəcək", -deyə Ayətullah Xamenei bildirib./