Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçiminin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlarTQDK-nın facebook səhifəsində veriləcək. /