Qəzzanın bombalanması dərhal dayandırılmalıdır.
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyyədə ölkənin yüksək elmi intellekt və istedadlı gənclərlə görüşü zamanı çıxışında deyib.
Ali Rəhbər bildirib ki, Amerika hökuməti də bu işdə öz məsuliyyətini dərk etməlidir. "Bizə verilən müxtəlif məlumatlara görə, bu günlərdə, yəni bu son həftədə Sionist rejim daxilində mövcud siyasət amerikalılar tərəfindən tənzimlənir; belə ki, siyasət qurucuları onlardır. Baş verən işlər amerikalıların siyasətidir. Amerikalılar öz məsuliyyətlərinə diqqət yetirməyə məsuldurlar. Bombalamalar dərhal dayandırılmalıdır. "
Ayətullah Xamenei bildirib ki, müsəlman xalqları qəzəblidirlər. Doğrudan da qəzəblidirlər. "Onun əlamətlərini keçirilən etiraz aksiyalarında - yalnız İslam ölkələrində deyil, Los-Ancelesdə, Hollandiyada, Fransada, Avropa və Qərb ölkələrində insanların - müsəlman və qeyri-müsəlmanların toplaşdığını görürsünüz. İslam ölkələrində də, aydındır ki, xalq çox əsəbidir.
Əgər Sionist rejim cinayətlərini davam etdirərsə, heç kim müsəlmanların və müqavimət qüvvələrinin qarşını ala bilməyəcək."
Ali Rəhbər bildirib ki, onlar bilsinlər və kimlərdənsə hansısa qrupun qarşısını almağı gözləməsinlər. "Səbir tükənibsə, kimsə onların qarşısını ala bilməyəcək. Bu mövcud bir həqiqtədir. Əlbəttə, Sionist rejim hər nə etsə də,, bu hadisədəki utancverici məğlubiyyətini kompensasiya edə bilməyəcək.
Qəsbkar İsrail rejimi mühakimə olunmalıdır.
Ayətullah Xamenei bildirib ki, Fələstin məsələsilə bağlı dünyanın gözü qarşısında baş verənlər qəsbkar rejimin soyqırım cinayəti törətməsidir. Bunu bütün dünya görür.
"Bizim ölkə rəsmiləri ilə danışıq aparan bəzi ölkələrin rəsmiləri Sionist rejimi müdafiə edərək, fələstinlilərin dinc əhalini öldürməsinə etiraz ediblər. Birincisi, bu söz həqiqəti əks etdirmir, çünki şəhərciklərdə məskunlaşdırılanlar dinc əhali deyil, onlar hamsıı silahlıdırlar. Əgər dinc əhali olmuş olsa da, nə qədər dinc əhali öldürülüb? Qəsbkar rejim hazırda onların öldürdüyünün 100 dəfə artığını Qəzzada yaşlı, gənc, qadın və uşaq qətlə yetirir. Qəzza binalarında hərbçilər məskunlaşmayıb, hərbçilərin harada olduğunu da onlar yaxşı bilirlər. Qəsbkar rejim cəmiyyətin olduğu yerləri qəsdən vurur. İndiyədək son bir neçə gündə Qəzzada neçə min fələstinli öldürülüb. Bu cinayətlər dünya xalqlarının gözü qarşısında baş verir. Bunlar mühakimə olunmaldıır. Sionist rejimin bugünkü hökuməti mütləq mühakimə olunmalıdır."
Alimlər zalımın qarınqululuğuna və məzlumun aclığına dözməməlidirlər.
Ali Rəhbər çıxışının davamında bildirib ki, bu gün Qəzza məsələsinə reaksiya vermək hər kəsin məsuliyyətidir .
"Alimlər, Hövzə və Universitet müəllmləri buna biganə qalmamalıdırlar. Elm məsuliyyət gətirir. Bütün digər sərvətlər kimi, əqli mülkiyyət, maliyyə mülkiyyəti, güc mülkiyyəti - bütün bunla məsuliyyət gətirir. Elm də bu qiymətli sərvətlərdən biridir. Sənin biliyin varsa, bu bilik səni məsuliyyətli edir. Bu o deməkdir ki, həm siz öz elminizdən xalqın xeyrinə istifadə etməlisiniz, həm bu elmin sizə verdiyi etibardan xalqın xeyrinə istifadə etməlisiniz, həm də bu elmin özü xalqa xidmətdə qərar tapmalıdır."
Ayətullah Xamenei bildirib ki, Allah bu öhdəliyi alimlərin üzərinə qoyub və onlardan bu sahədə dözümsüzlük tələb edib. "Alimlər zalımın qarınqululuğuna və məzlumun aclığına dözməməlidirlər. Biz reaksiya verməli və əksül-əməl göstərməliyik. Bu gün Qəzza məsələsində bu reaksiya hamımızın üzərinə düşür. Biz reaksiya verməliyik. Kimisi acdır, kimisi bombardmana məruz qalır, kimisi yüzlərlə şəhid olur. Alim - istər universitet alimi, istərsə də dini hövzə alimi, həqiqəti bilməyə çalışmalı, haqqın yanında olmalıdır. Alimin biganə baxışı caiz deyil."
@MaideTV