Avropanın məscid olmayan yeganə paytaxtında məscid tikiləcək

Sağçı partiyaların Afinada məscid tikintisinə etiraz ərizəsi təmin olunmayıb

Yunanıstanın Dövlət Şurası Baş Assambleyası Afinada məscidinin tikintisini qadağan olunmasına dair şikayət ərizəsini qəbul etməyib və məscidin tikintisinə icazə verib.
 
Maide.az-ın “World Bulletin”ə istinadən verdiyi məlumata görə,  Afinada məscidin tikilməsinə verilmiş icazə Yunanıstanın bəzi sağçı partiyalarının etirazına səbəb olmuşdu və onlar məscidin tikilməsinin qarşısının alınmasına dair şikayət ərizəsi ilə Dövlət Şurasına müraciət etmişdilər. 
 
Qeyd edək ki, Afina müsəlmanları uzun illərdir bu şəhərdə məscid tikmək arzusundadırlar və onlar 8 ay öncə məscidin tikilməsi üçün lazımi icazəni ala biliblər, tezliklə məscidin tikintisi başlayacaq.
 
Məscid Afinanın mərkəz bölgəsində tikilməsi nəzərdə tutulub.
Afinada Osmanlı İmperatorluğu dövründən çoxlu məscid miras qalsa da, hazırda həmin məscidlər digər məqsədlərlə istifadə olunur.
 
Xatırladaq ki, Afina Avropada məscidi olmayan yeganə paytaxtdır.