Avropa yenə də həddini aşdı

İslam Peyğəmbəri (s) bu dəfə cizgi filmində təhqir olundu!

 

Bir qrup Avropalı anti-islamçı  Pakistan əsilli bir avropalının həmkarlığı ilə "Ayişə və Məhəmməd (s)" adlı bir animasiyon film hazırlayaraq bu filmdə Həzrət Peyğəmbəri (s) təhqir ediblər. Maide.az-ın məlumatına görə, bunu Beynəlxalq Quran Xəbər Agentliyi  (İQNA) " The Copenhagen Post" qəzetinə istinadən məlumatı verir.

Məlumatda bildirilir ki, Avropalı anti-islamçılar  Pakistan əsilli avropalı rejissor İmran Fərasətin, Danimarkalı  Lares Hegard (2006-cı ildə İslamı təhqir edən və müsəlmanların qəzəbinə səbəb olmuş karikatorun müəllifi) və Hans Erling (Avropanın söz azadlığı təşkilatının idarə heyətinin rəisi) həmkarlığı ilə "Ayişə və Məhəmməd (s)" adlı bir animasiyon film hazırlayaraq bu filmdə Həzrət Peyğəmbəri (s) təhqir etmişlər.
 Bu animasiyonu hazırlayanlar iddia edirlər ki, bu cizgi filmi Peyğəmbəri (s) Quranda gəldiyi kimi təsvir ediblər. Amma əslində animasiyonda Həzrət Peyğəmbərin (s) Ayişə ilə evlənməsi  çox təhqiramiz bir şəkildə təsvir olunub.
Bu animasiyonun bir hissəsində Peyğəmbər (s) tərəfindən çox pis, həyadan uzaq və abırsız sözlər danışılır. Filmi hazırlayanlar iddi edirlər ki, bu sözlər Quranda var.
Bu mənfur animasiyon film ötən həftənin altıncı günü bir çox Avropa ölkələrində və Amerikada ekran edilib. Amma bu ölkələrin müsəlmanları bu filmin yayımlanmasına hələ ki heç bir reaksiya verməyiblər.
Danimarkalı Lares Hegard (2006-cı ildə İslamı təhqir edən və müsəlmanların qəzəbinə səbəb olmuş karikatorun müəllifi) bu filmin təbliğ hissəsində söz azadlığı bəhanəsilə deyir: Biz burada Avropada həmişə İslami terrorizimin qorxusu altında yaşayırıq. İslam hər gün bizim söz azalığımızı məhdudlaşdırır.