Ayətullah Xameneinin dəftərxanası: İyunun 18-i Ramazan ayının əvvəlidir

Ayətullah Xameneinin dəftərxanası Ramazan ayının ilk günü ilə bağlı bəyanat verib.
Maide.az xəbər veri ki, Ali Lider Ayətullah Xameneinin dəftərxanası mübarək Ramazan ayı ilə bağlı bəyanat verib.
Ayətullah Xameneinin dəftərxanasının məlumatında bildirilir ki,  mübarək  Ramazan ayının görünməsi Ali Lider Ayətullah Xameneiyə sübuta yetirilib. Bu baxımdan iyun ayının 18- i (cümə axşamı günü) mübarək Ramazan ayının ilk günüdir . 
Qeyd edək ki, İyunun 17-də 150-yə yaxın qrup mübarək Ramazan ayını axtarması ilə məşğul olub.