Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamnei Şəban ayındakı mövlud günləri (İmam Hüseyn (ə), İmam Səccad (ə), Həzrət Abbas (ə) və İmam Zaman (əf) mövlud günü) və Xurrəmşəhr şəhərinin Səddam rejiminin işğalından azad olunduğu gün  münasibətilə həbsdə olan 669 nəfərin əfv olunması barədə fərman imzalayıb.
 
Maide.Az xəbər verir ki, Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Şəban ayındakı mövlud günləri (İmam Hüseyn (ə), İmam Səccad (ə), Həzrət Abbas (ə)və İmam Zaman (əv) mövlud günü) və Xurrəmşəhr şəhərinin Səddam rejiminin işğalından azad olunduğu gün  münasibətilə Ali Rəhbərə məktubla müraciət etmişdi. Məktubda  669 məhbusun əfv edilməsi və ya cəzasının geridə qalan hissəsinin bağışlanması xahiş olunurdu. Ayətullah Xamenei məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.   /