Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda səfərdə olan Qətər əmiri Tamim bin Hamad Al Tanini qəbul edib.
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bu gün baş tutan görüşdə Ayətullah Xamenei bildirib ki, bölgədəki mövcud durum onu göstərir ki, region ölkələri arasında əlaqələr daha da gücləndirilməli və onların əcnəbilərin təsiri altına düşməməsinə daha çox ehtiyac var.
“İran İslam Respublikası dəfələrlə elan edib, şəxsən cənab prezident açıq şəkildə bunu bildirib ki, İran region ölkələri ilə daha yaxından əməkdaşlıq etməyə hazırdır. Hazırkı şəraitdə bölgədə vəziyyət əlverişsizdir.Bunun səbəbi ABŞ və onun dostlarının fitnəsidir. Onlarla yeganə mübarizə yolu bölgə daxilində əməkdaşlığa söykənməkdir.”
İran və Qətər arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Ayətullah Xamenei bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələr siyasi əlaqələr səviyyəsində deyil. İki ölkə müştərək sahələrdə əməkdaşlıqlarını artırmalıdır. “Əlbətə bəziləri, xüsusi ilə dünyanın o başından bölgəyə gələnlər region ölkələri arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı deyillər. Lakin bu məsələnin onlara aidiyyatı yoxdur. Bölgə xalqları və ölkələri daha bu cür müdaxilələri qəbul etmirlər.”
Görüşdə Qətər əmiri Tamim bin Hamad Al Tanini Ali Rəhbər Ayətullah Xamenei ilə görüşündən məmnunluğunu dilə gətirib və bildirib ki, bölgə ölkələrinin arasında əməkdaşlığın artırılması ilə bağlı buyurduqlarınızla tamamilə razıyıam. "Düşünürəm bölgə ölkələri arasında kompleks danışıqlar aparılmalıdır."
Qətər əmiri bildirib ki, Tehrandakı danışıqlarda razılaşdıq ki, 3 aydan sonra iki ölkənin müştərək iqtisadi komissiyasının İranda iclası keçirilsin. Ümid edirəm İran və Qətər arasında iqtisadi əlaqələr siyasi əlaqələr qədər inkişaf edəcək.
Sonda Qətər əmiri ölkəsinə qarşı sanksiyalar tətbiq olunduğu zaman İranın yardımlarına görə Ali Rəhbərə təşəkkür edib.