Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə yanvarın 26-dan 30-dək beş gecə əzadarlıq mərasimi keçiriləcək.
Maide.Az xəbər verir ki, Həzrət Rəsul Əkrəmin (s.ə.s) əziz qızı Xanım Fatimənin (s.ə) şəhadətinin ildönümü münasibətilə keçirilən bu əzadarlıq mərasimi İmam Xomeyni (rə) adına hüseyniyyədə məğrib və işa namazlarından sonra Ayətullah Xameneinin iştirakı ilə baş tutacaq.
Mərasimdə Xanım Fatimənin (s.ə) şəxsiyyəti və fəzilətləri haqda natiqlər və məddahlar çıxış edəcəklər.
Qeyd edək ki, 29 yanvar 2020-ci il (3 Cəmadiül-axır), əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
Bir çox müsəlman ölkələrində eləcədə Azərbaycanda fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsi matəm saxlanılır. Əhli-Beyt (ə) aşiqləri məscidlər, hüseyniyyələr və dini məkanlarda Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar.