İsmət və paklıq xanımı Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə Ali Rəhbər Ayətullah Xamenei bu gün İmam Xomeyni (rə) adına hüseyniyədə Əhli-beyt (ə) məddahları ilə görüşüb.
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər Həzrət Fatimeyi-Zəhranın (əs) həyatının müxtəlif mərhələlərinin ictimai örnək, nümunə olmasını açıqlayıb.
Görüşün əvvəlində Əhli-Beyt (ə) məddahlarının bir qrupu İslam Peyğəmbərinin möhtərəm qızının şanına həsr edilmiş əsərlərini oxudular.