Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qurban bayramı və Qədir-Xum bayramı münasibətilə həbsdə olan 2825nəfərin əfv olunması barədə fərman imzalayıb.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
İranın Məhkəmə Sisteminin rəhbəri höccətül-islam Möhsini Əjeyi Qurban bayramı və Qədir-Xum bayramı ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 2825 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.