Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb

Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən verilən məlumata görə, bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq. Havanın temperaturu dünənlə müqayisədə 2-3 dərəcə yüksələcək.

İyunun 26-da havanın isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 35 dərəcəyə çatacağı ehtimalı var.

Azərbaycanın Aran rayonlarında isə sabah 38 dərəcə isti proqnozlaşdırılır.

U.Tağıyeva bildirib ki, iyunun 23 və 24-də ölkə ərazisində müşahidə edilən temperatur iqlim norması daxilində olub.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda nisbətən sərin və küləkli hava şəraiti müşahidə edilir.