Azərbaycan və İran arasında bir sıra razılaşma əldə edilib

Azərbaycan və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası çərçivəsində iki ölkə arasında bir sıra razılaşma əldə edilib.
 
Bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
 
Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac qabiliyyətli mallar haqqında mütəmadi məlumat mübadiləsinin aparılması barədə razılığa gəlinib.
 
İran Ticarət Palatası və Azərbaycanın Sahibkarlar Konfederasiyası bu sahədə birgə fəaliyyət göstərəcək.