Azərbaycanda 600 baldan çox toplayan abituriyentlərin seçdiyi universitetlər - SİYAHI

"Keçid balı və müsabiqəyə buraxılma şərti fərqli anlayışlardır. Biz hər il müsabiqə ballarını müəyyən edirik. Keçid balı isə müsabiqə şərtlərinə görə formalaşır. I və II qruplarda keçid balı artsa da, III qrupun bəzi ixtisaslarında ballar aşağı düşüb".
 
Modern.az saytı xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Jurnalistlərin suallarını cavablandıran komisiya sədri, keçid ballarının düşməsinə aydınlıq gətirib:
 
"Jurnallara diqqətlə baxın. Hansı ixtisaslar 150 baldır? Mənim keçən ilin dekabrında açıqladığım nəticədə ali məktəblərdə təhsil alan tələbəlrin cəmi 2000 nəfəri 150-200 arası bal toplamışdı. Onlar da özəl ali məktəblərdə, müsabiqə tələb etməyən ixtisaslarda təhsil alırlar. Ya da ki,  IV qrupda Aqrar Universitetdə təhsil almaq istəyənlərin sayı çox aşağı olduğu üçün keçid balı 150 baldır. Çünki bu sahədə mütəxəssislər çatışmır. Kimsə sənəd versə, biz onu150 balla bu universitetə qəbul edəcəyik".
 
Keçən ildə KİV nümayəndələri tərəfindən balların aşağı düşməsinib gündəmə gətirildiyini deyən M.Abbaszadə, jurnalsitləri digər məsələlərdə də həssas olmağa çağırıb:
 
"Amma nədənsə müxtəlif KİV nümayəndələri "2" alanları, attestatla xaricdəki universitetlərə yerləşdirən təhsil şirkətlərinin reklamını çox asanlıqla verir. Siz niyə 26, 31 bal toplayıb Ukraynada tibb təhsili alan, bir il sonra da "burda problemlər var" deyib, Azərbaycan univeristetlərinə keçid etmək istəyənlərdən yazmırsınız?  Mən valideynlərə müraciət edirəm. Artıq Təhsil Nazirliyinin qərarına görə, övladlarını Azərbaycandakı ali məktəblərə köçürmək istəyən valideynlər, övladlarınız ən azı 200 bal toplamayıbsa, onlar Azərbaycana köçürülməyəcək".
 
Komisiya sədri həmçinin qəbul imtahanlarında 600 baldan çox toplayan abituriyentlərin hansı universitetləri seçdiyini də açıqlayıb:
 
I qrup - 488 nəfər, onlardan 4-ü hərbi məktəbləri seçib, 5-i ixtisas seçimi etməyib: 
 
- 193 nəfər Bakı Ali Neft Məktəbini, 126 nəfər Azərbaycan Dövlət Neft Akademiyasını, 90 nəfər Qafqaz Universitetini, 62 nəfər Bakı Dövlət Universitetini  (BDU), 4 nəfər Azərbaycan Texniki Universiteti, 3 nəfər Memarlıq və İnşaat Univeristeti seçib;
 
II qrup - 435 nəfər:
 
- 30 nəfər Azərbaycan Diplomatik Akademiyasını, 124 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, 92 nəfər İqtidasd Universitetini, 72 nəfər Qafqaz Universitetini, 17 nəfər Bakı Dövlət Universitetini seçib;
 
III qrup - 401 nəfər:
 
- 31 nəfəri hərbi ali məktəblərə ixtisas seçimi edib, 145 nəfər Bakı Dövlət Universitetini, 91 nəfər Dillər Universitetini, 63 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, 5 nəfər Dövlət Gömrük Komitəsinin Akademiyasını seçib;
 
IV qrup - 403 nəfər:
 
- 379 nəfər Tibb Universitetini, 14 nəfər Naxçıvan Dövlət Universitetini, 3 nəfər Bakı Dövlət Universitetini, 1 nəfər Qafqaz Universitetini, 1 nəfər Aqrar Universiteti seçib.