Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 31 pillə geriləyəcək

FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidi. Bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdı.

 

Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.

 

Millimiz indi siyahıda 126-cı yerdədi. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

 

Millimiz və “qonşuları”

121 (107). Niger – 258

122 (120). Kanada – 251

123 (126). Liberiya - 249

124 (121). Livan - 246

125 (114). Ekvatorial Qvineya - 238

126 (95). Azərbaycan - 233

126 (127). Lüksemburq - 233

128 (130). Burundi - 232

129 (134). Filippin - 229

130 (130). Qvineya-Bisau - 226

 

İlk “onluğ”un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdırıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb.


İlk “onluq”

1 (1). Almaniya – 1669
2 (2). Argentina – 1565
3 (3). Kolumbiya – 1420
4 (5). Belçika – 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya – 1307
7 (9). Fransa – 1191
8 (7). Uruqvay – 1184

9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (13). İtaliya – 1064
14 (19). Xorvatiya – 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN – 233

156 (155). Malta – 129

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdi. “Ay-ulduzlular” 8 pillə geriləyib.