Azərbaycanın İqtisadi İnkişaf naziri İrana səfər edəcək

Azərbaycan və İrann arasındakı münasibətlərin səviyyəsi o qədər yüksəkdir ki, bu münasibətlərin regionda oxşarı yoxdur.
 
Maide.Az xəbər verir ki, bunu İranınn Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün İslam İnqilabının 38-ci ildönümü münasibətilə Bakıda keçirdiyi mətbuat konfransında deyib. 
 
İran və Azərbaycan prezidentləri son 3 ildə 7 dəfə görüşüb: "Regionda bu əlaqələrin tayı-bərabəri yoxdur. Müxtəlif qurumlar arasında təmaslar daim davam edir. Ola bilsin ki, bu ilin iyun ayında Naxçıvanda avtomobil istehsalı üzrə müştərək müəssisə fəaliyyətə başlasın".
 
C.Cahangirzadə deyib ki, Azərbaycan və İran arasında siyasi baxımdan heç bir problem yoxdur, bəziləri münasibətləri korlamağa çalışır, lakin hər iki ölkənin prezidentlərinin iradəsi iki ölkənin əlaqələrinin inkişafınadır. 
 
C.Cahangirzadə deyib ki, Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev fevralın sonunda İrana səfər edəcək. "Ş.Mistafayevin başçılıq etdiyi nümayəndə heyəti Tehranla yanaşı Ərdəbil və Urmiya şəhərlərinədə səfər edəcək. Bu üç şəhərdə sərgi təşkil olunacaq və həmin şəhərlərin iqtisadi potensialı təqdim olunacaq. İki ölkə müştərək şirkətlər yaratmaq istəyir". /