`Azan səsi ilə yuxudan oyanmaq çox gözəldir` (FOTO)

Maide.az-ın məlumatına görə, Türkiyənin "Beşiktaş" komandasına transfer olunan Seneqallı futbolçu Demba Ba BJK kanalına maraqlı müsahibə verib. O bildirib ki, bu ölkədə ən gözəl şeylərdən biri də səhərlər azan səsinə oyanmaqdır: “Bura gəlməmişdən əvvəl mənə, Türkiyədə “Beşiktaş” komandasının ən böyük azarkeş dəstəyinə sahib olduğu deyilmişdi. Azarkeşlərin mənə göstərdiyi maraq və tribunadakı davranışları mənə yaxşı mənada çox təsir etdi. Onlara qarşılıq vermək üçün əlimdən gələni edəcəyəm. Burda mənim üçün ən gözəl şeylərdən biri də səhərlər azan səsinə oyanmaqdır. Bu çox gözəl bir hissdir”.