Bəhreyndə anti-hökumət aksiya dağıdılıb

Ali-Xəlifə rejiminin hərbçiləri Bəhreynin müxtəlif məntəqələrində keçirilən aksiyaları göz yaşardıcı qazdan istifadə edərək dağıdılıb.
Əl-Aləm kanalı məlumatına əsasən,  Ali-Xəlifə rejiminin qüvvələri Sitrə, Əl-Deyr , Əl-Malikiyyə, Ali ,Əl-Deraz , Əbusibə və Əl-Sinbası məntəqələrində demokratiya sevər şüarlar səsləndirən əhalini seçmə güllə ataraq və gözyaşardıcı qazla hədəfə alaraq onları yaralayıb.
Aksiyaçılar Bəhreyn xalqının öz taleyini təyin etməkdə sərbəst olduqları zəruriliyinə təkidlə repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsini tələb ediblər.
Sonuncu məlumatlara əsasən Ali-Xəlifə həbsxanalarında 3 min nəfərdən çox siyasi məhbus var.
2011-ci il fevral ayından Bəhreyn xalqı dinc aksiyaları həyata keçirərək siyasi düzəlişlər, demokratiyanın bərqərar edilməsi və Ali Xəlifə rejiminin hakimiyyətdən çıxması kimi tələblər irəli sürürlər.