Bəraət alan qadın `gülənçilər`i məhkəməyə verdi

Fətullah Gülənə məxsus olan “paralel hökumət” quruplaşması üzvləri barəsində 1 miyon lirə (462 min dollar) məbləğində məhkəmə iddiası qaldırılıb. 
 
"Gülənçilər"dən məhkəmə yolu ilə təzminat tələb edən şəxs “Balyoz” işinə görə həbs edilən Güllü Salkaya adlı qadındır. 
 
G.Salkaya 1 il 18 gün həbsdə qalıb. Həbsdən bəraət aldıqdan sonra, "gülənçilər"i məhkəməyə verib. 
 
Bildirilib ki, məhkəmə xanımın lehinə qərar qəbul etdiyi təqdirdə gülənçilər təzminatı ödəmək məcburiyyətində qalacaqlar. 
 
Xanım Salkaya “paralel hökumət” üzvlərinə görə həbs edildiyini bildirib.