Bakıda tikinti şirkətində partlayış olub, yaralanan var

Bakının Səbail rayonunda "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda partlayış olub.
 
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şosesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb.
 
Dağıntı olmayıb, lakin orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. trend /