Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
keçirilən iki oyunla sonuncu 1/4 finalçıların adı bəlli olub.
“Barselona” öz meydanında “Mançester Siti”ni qəbul edib. Səfərdə keçirdiyi ilk görüşdə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar bu oyunda da rəqibinə şans verməyib. Luis Enrikenin komandası 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
“Yuventus” Almaniyada Dortmund “Borussiya”sının qonağı olub. İtaliyada baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gələn turinlilər bu oyunda daha inamlı qələbə qazanıblar – 3:0. Bununla da “qoca sniyora” növbəti mərhələyə yüksəlib.
18 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
“Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
- 1:0 (İlk oyun - 2:1)
Qol: Rakitiç, 31 (1:0)
“Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya)
0:3 (İlk oyun - 1:2)
Qol: Tevez, 3 (0:1), Morata, 70 (0:2), Tevez, 79 (0:3)
18 mart
"Monako" (Fransa) - "Arsenal" (İngiltərə) - 0:2
Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2)
(İlk oyun - 3:1)
"Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 (Penatilər seriyası - 3:2)
Qol: Suares, 27 (1:0)
(İlk oyun - 0:1)