Suriyanın İdlip şəhərinin Atmə qəsəbəsində bazarda partlayış baş verib, 40 nəfər yaralanıb, 60 nəfər isə yaralanıb.
Maide.az-ın Türkiyə mətbuatın istinadən məlumatına görə, partlayış Türkiyə sərhhədinə Reyhanlı şəhərinə yaxınlıqda yerləşən İdlib şəhərinin Atmə qəsəbəsində baş verib. Avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində aralarında uşaq və qadınlarda olan 40 nəfər həlak olub.
Hadisə yerli vaxtla ötən gün (26 iyul) saat 18:30-da baş verib. Partlayış nəticəsində ətrafda olan 10 avtomobil tamamilə sıradan çıxıb. Yaralıların bəziləri Suriyada yerləşən səhra xəstəxanalarına və bəzisi Türkiyənin Hataydakı xəstəxanalarına çatdırılıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.