Beyləqanda Milli Qəhrəmanın anım günü keçirildi

11 avqust 2014-cü il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Beyləqanın ilk Milli Qəhrəmanı Akif Abbas oğlu Əkbərovun anım günü keçirilib.
 
 Buraya hüquq-mühafizə orqanlarının bütün heyət üzvləri, hərbçilər, idarə, müəssisə rəhbərləri və işçiləri, ziyalılar, ağsaqqallar dəvət olunmuşdur.İlk öncə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Milli Qəhrəmanın büstü üstünə tər-çiçək dəstələri düzdüblər.
 
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxışına başıamazdan əvvəl Milli Qəhrəmanın xatirəsini bir dəqiqəlik sükutla yad etməsini bildirdi.Cənab Vaqif Abdullayev Akif Əkbərovun həyat yolundan, vətənvərvərlik ruhunda gənclərə örnək olan Azərbaycan şəhidlərinin içərisində Beyləqan şəhidlərinin adları sanballı yerdə durur.Vaqif Abdullayev bildirmişdir ki, şəhid adının ucaldılması, şəhid məzarının abadlaşdırılması, şəhid ailələrinin sosial qayğıları diqqətimizdən yayınmır. 
 
Sonda Milli Qəhrəman Akif Əkbərovun döyüş yoldaşları və ailə üzvləri çıxış edərək cənab Prezident İlham Əliyevə və Beyləqan rayo İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə öz minnətdarlıqlarını bildiriblər.