BMT-dən Məscidi Əqsa açıqlaması

Birləşmiş Millətlər Təşkilatının Baş (BMT) katibi Pan Gi-mun Qüds şəhərinin müqəddəs yerlərində gərginliyin artmasından narahat olduğunu bildirib.
 
Maide.az xəbər verir ki, Pan Gi-mun Qəzzada İsrail rejimi əsgərlərinin Məscidi Əqsaya girməsi və sonra baş verən hadisələr səbəbilə yazılı bəyanat yayıb.
 
Qüdsün müqəddəs yerlərində gərginliyin artmasından narahatlıq keçirdiyini deyən Pan Gi-mun din azadlığının əhəmiyyətinə toxunub. BMT-nin baş katibi fərqli dini inanclara malik hər kəsin müqəddəs yerlərə rahat çatmasının lazım olduğunu qeyd edib.
 
BMT baş katibi bu hadisələrin bir daha, qəbul edilən müqəddəs sahələrə yönələn tədbirlər də daxil olmaqla hamı üçün bütün məsələlərdə danışıqlar yolu ilə bir yekun statusa gedilməsinin vacibliyini vurğuladığını bildirib.
 
Xatırladaq ki, İsrail rejiminin hərbi qüvvələri həftə sonu Məscidi Əqsaya girərək içəridəki müsəlman qruplarla toqquşmuş və müsəlmanların məscidə girişini güc istifadə edərək müəyyən müddətdə əngəlləmişdi.