Azərbaycanda dəmir yolu stansiyasında yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, iyunun 23-də saat 01.05-də Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb.
Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.
Faktla bağlı araşdırma aparılır.