Daha bir şəhid əsgərimiz torpağa tapşırılıb

Ötən gün cəbhənin Ağdam istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən şəhid olan əsgər Quliyev Sənan Qeyrət oğlu bu gün torpağa tapşırılıb.
 
APA-nın Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonunun Qaradağlı kənd sakini, 1991-ci il təvəllüdlü S.Quliyev Xocavənd qəsəbəsində dəfn olunub.
 
Qeyd edək ki, Ş.Quliyev müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, özünün şəhid əmisinin qızı ilə ailə qurub, bir övladı qalıb. Gənc ailə yaxın günlərdə dünyaya gələcək ikinci körpələrinin sevincini birgə yaşaya bilməyəcək.