Daha bir təyyarə yoxa çıxdı (Yenilənib)

Maide.az-ın faktxeber-ə istinadən verdiyi məlumata görə, göyərtəsində 112 sərnişin olan daha bir təyyarə yoxa çıxıb. Belə ki, Qərbi Afrika dövləti olan Brukina-Fasonun paytaxtı Uaqaduqudan havaya qalxan təyyarə bir müddətdən sonra radarlardan itib. Sərnişinlərin  vətəndaşlığı barədə dəqiq məlumatlar hələ verilmir.

Ehtimal ki, təyyarədə əlcəzairli və fransalılar üstünlük təşkil edib. Çünki təyyarə portuqaliyanın  HIFLY kompaniyasına məxsus olsa da, pilot əlcəzairli olub.

Bu gün yoxa çıxdığı iddia olunan Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb. APA-nın “Ən-Nahar” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi. Bir müddət əvvəl təyyarə ilə rabitənin kəsildiyi (uçuşdan 50 dəq sonra) bildirilmişdi. Aviakompaniya nümayəndələri  laynerin heyəti ilə də əlaqə saxlaya bilməyiblər.

Qeyd edək ki, Martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurun beynəlxalq hava limanından səmaya qalxan və Pekinə yollanan təyyarə iki saat sonra yoxa çıxıb. 

Təyyarədə 239 nəfər vardı və onların 12 nəfəri heyət üzvləri idi. Təyyarənin Cənubi Çin dənizinə, Vyetnamın Tho Ço adasının yaxınlığında suya düşdüyü deyilir. Lakin təyyarənin qalıqları hələ də tapılmayıb. /