Dünyada savadsız insanların sayı 780 milyon təşkil edir​

Aparıcı elm işçilərinin sözlərinə görə, savadsız insanlar dünya əhalisinin 16%-ni təşkil edir. Baxmayaraq ki, 21-ci əsr elm və texnologiya elmi adlanır, əhalinin bir qismi hələ də yazıb-oxumağı bacarmır. 
 
Maide.az xəbər verir ki, alimlər əsasən BMT-nin elm, mədəniyyət və təhsil sahəsinin məlumatlarını tədqiq ediblər. Məlumata görə, insanların savad səviyyəsi qalxır, lakin çox aşağı templə. 
 
Araşdırmaçılar bildirirlər ki, savadsızlıq ən çox Qərbi Asiyada və Mərkəzi Afrikada müşahidə olunur. Bu ölkələrdə 600 milyon təhsilsiz insan yaşayır. Ekspertlərin sözlərinə görə, bu hal ölkənin sosial-iqtisadi vəziyyəti ilə əlaqədardır. 
 
Araşdırmalar nəticəsində məlum olan yeganə müsbət hal odur ki, gənc nəsillərin bilikləri yaşlı nəsillərdən kifayət qədər çoxdur.