İŞİD İraqda yezidlərin yaşadığı kəndə hücum edib: 80 kişi öldürülüb, 100 qadın oğurlanıb

İŞİD terror qruplaşması İraqın şimalında yezidlərin kompakt yaşadığı kəndə hücum edərək 80 kişini amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar.
 
“İTAR-TASS”ın məlumatına görə,   yaşayış məntəqəsi Sincar dağ silsiləsindən 20 km aralıda yerləşir və uzun müddət silahlıların hücumuna məruz qalıb. Məlumata görə, oğurlanmış qadınlar silahlılar tərəfindən İŞİD-in nəzarəti altında olan Mosul və Təl-Afar şəhərlərinə gətirilib.
 
İraq Kürdüstanın nümayəndəsi Hoşiyar Zibarinin “Röyters”ə bildirdiyinə görə, yezidlərin islamı qəbul etməkdən imtina etməsi kütləvi edama səbəb olub. apa/