Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu

İtaliyada WKA versiyasında Kikboksinq üzrə dünya çempionatı (Unified World Championships) keçirilib.
 
Turnirdə dəfələlərlə xarici ölkələrdə bayrağımızı dalğalandırmış ən titullu idmançı adını daşıyan Eduard Məmmədov təmsil edib.
 
Kikboks üzrə 60 kq çəki dərəcəsində döyüşən idmançı karyerası ərzində 20-ci dəfə dünya çempionu adını qazanıb. 
 
Qeyd edək ki, braziliyalı, ispan və finalda ukraynalı rəqiblərinə qalib gəlməyi bacaran Məmmədov “lou-kik” (low-kick) stilində mübarizə aparıb.