Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.
İkinci matç günündə də iki qarşılaşma baş tutub.
“Bazel” İsveçrədə “Porto” ilə“sülh bağlayıb” – 1:1.
“Real” isə Almaniyada “Şalke”nin qonağı olub. Hesabı 26-cı dəqiqədə Kriştianu Ronaldo açıb. “Kral klubu” 79-cu dəqiqədə Marselo ilə fərqi artırıb. Real” “Şalke”ni 0:2 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
18 fevral
“Bazel” (İsveçrə) – “Porto” (Portuqaliya) - 1:1
Qollar: Qonzales, 11 - Danilo, 79-pen
“Şalke” (Almaniya) – “Real” (İspaniya) - 0:2
Qollar: Ronaldo, 26, Marselo, 79