Erməni hakerlər “APA Holding” MMC-yə daxil olan qurumların saytlarına açıq ip ünvanlarından hücumlar edirlər

“APA Holding” MMC-yə daxil olan qurumların saytları erməni hakerlərinin hücumuna məruz qalıb.
 
Maide.az-ın məlumatına görə, erməni hakerlər tərəfindən bu gün saat 10.00-dan etibarən açıq ip ünvanlarından “APA Holding”-in saytlarına və müdafiə qurğu arxasında olan avadanlıqlara daim və kəsilməyən DDoS hücumlar başlayıb. Hücumun maksimal qeydə alınmış həcmi 25 Gbit/s təşkil edir (~=200 000 kbp/s).
 
Həmin ip-lərin əksəriyyəti Ermənistan və Rusiya telecom şirkətlərinə məxsusdur.
 
Haker hücumları nəticəsində “APA Holding”-ə daxil olan qurumların saytlarının fəaliyyətində ciddi problemlər yaranıb. Bununla belə, holdinqin İT mütəxəssisləri hücumların qarşısının alınması, saytların normal iş rejimində fəaliyyətini davam etdirməsi üçün lazımi tədbirlər həyata keçirirlər.