Ermənistanın AİB üzvlüyü digər ölkələr üçün çox ağır olacaq

Sabah Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil ola bilər. Respublikanın özündə bunu böyük səbirsizliklə gözləyirlər. Ermənilər bu quruma daxil olmanı ölkə iqtisadiyyatının heç olmasa minimal dərəcədə dirçəldəcəyini düşünürlər. 
 
Axı, yerli mətbuatda dərc edilən son məlumata görə, Ermənistan əhalisinin 30 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Özdə bu göstəriciyə geyim, komunal xəidmətlər və sairə daxil deyil. Minimal istehlah səbətinə ancaq qida, yəni şörək və su daxildir. 
 
Rəsmi İrəvan ölkənin İttifaqa Dağlıq Qarabağsız girəcəyindən çox narahatdır. Hələ may ayında Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanla Azərbaycanın işğal edilmiş əraziləri arasında gömrük sərhəddi haqqında məsələ qaldırmışdı. Buna görə, erməni politoloq və siyasətçilər Astananın oktyabrın 10-da Minskdə nə edəcəyini ehtiyatla gözləyirlər. Məhz bu tarixdə Ermənistanın quruma üzvlüyü müzakirə eidləcək. 
 
İrəvanın özündə siyasətçi və deputatlar Dağlıq Qarabağla bağlı səs-küy salmağa davam edirlər. Belə ki, hansısa Vardan Bostancanyan adlı iqtisadçı jurnalistlərə açıqlamasında belə deyib: "Həm Nazarbayev, həm Lukaşenko, həm də müxtəlif Obamalar bilməlidir ki, Qarabağ Ermənistandır". Amerika prezidentinin bura nə dəxli olduğu isə bəlli deyil. 
 
Ekspertləri isə bu müzakirələr ərəfəsində Ermənistanın Qazaxıstan və Belarusla çox aşağı səviyyədə olan ticarət dövriyyəsi narahat edir. Politoloqların fikrincə, Ermənistanın İqtisadi Birliyə daxil olmasının əleyhinə olanların fəaliyyəti məhz buna yönəlib. Onlar əlavə edirlər ki, bu Qafqaz ölkəsi gələcək dördlüyün iqtisadi planında ən yoxsul ölkədir. Buna görə onlar təklif edirlər ki, Ermənistanın üzvlüyü bu təşkilata daxil olan digər ölkələr üçün çox ağır olacaq.