Fitr bayramı iyulun 29-na təsadüf edə bilər

 

Maide.az-ın Fars xəbər agentliyinə istinadən məlumata görə, Tehran şəhərinin cümə namazı heyətinin rəhbəri Seyid Yədullah Şirmərdi bayram və bayram namazının vaxtı ilə bağlı açıqlama verib.

Y.Şirmərdi deyib ki, iyul ayının 28-də Şəvval ayının görsənməsi ehtimalı çox azdır. Fitr bayramı böyük ehtimalla iyul ayının 29-na təsadüf edəcək. 

O qarşıdan gələn Fitr bayramı namazının İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei tərəfindən qılınacağını qeyd edib. “Fitir namazı Ayətullah Xameneinin imaməti ilə yerli vaxtla səhər saat 8-də Tehranın Cümə namazı qılınan müsəllasında qılınacaq”,-deyə Şirmərdi bildirib./