Fransa Arif Yunus ilə bağlı bəyanat yaydı

Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi politoloq, Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunusun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib. 
 
XİN sözçüsünün yaydığı bəyanatda deyilir: “Fransa iyul ayının 30-da həbs edilmiş insan hüquqları üzrə fəal Xanım Leyla Yunusun həyat yoldaşı cənab Arif Yunusun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə təəssüf edir. Fransa müdafiə və insan hüquqlarına hörmətə sədaqətli olduğunu xatırladır”.