Gəncin ölümü ABŞ-da qarışıqlıq doğurdu - Video / Foto

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili Michael Brown-un qətli polislə etirazçılar arasında şiddətli toqquşmalara yol açıb.
 
Avqustun 9-da Michael Brown-u onu küçədə saxlayan yerli polislər güllələyib. Michael silahsızmış və şahidlərin dediyinə görə, polis atəş açarkən əllərini yuxarı qaldıraraq dayanıbmış. Amma polis Michael-in onlara müqavimət göstərdiyini iddia edir. 
 
Etiraza qalxan yerli əhali yeniyetməni öldürən polis zabitinin adının açıqlanmasını istəyib.
 
Ferqyuson şəhər polisi o zabitin adını yalnız  bir həftə sonra-avqustun 15-də açıqlayıb. İndi etirazçılar da bilir ki, 18 yaşlı Michael-i hüquq-mühafizə orqanlarında 6 il çalışmış Darren Wilson-un atdığı güllə öldürüb.
 
ABŞ prezidenti Barack Obama olayı faciə adlandırıb və polisin belə uyğunsuz gücdən istifadəsini yolverilməz sayıb. Obama olayın ədalətli araşdırılacağına da söz verib. azadliq.org/