Gündəlik hökmlər: Meyitin bədəninə əl vurmaq

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin meyitin bədəninə əl vurmaq haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Dünyasını dəyişmiş müsəlmanın cəsədi nəcisdirmi? Paltarımız cəsədə dəyərsə, nəcis olurmu?

Cavab: Meyitin cəsədi üç qüsl (meyitə sidr, kafur və xalis su ilə verilən vacib qüsllər) sona çatmamış nəcisdir. Əgər belə olan halda ona toxunularsa və meyit və ya paltar yaş olar və yaşlıq da toxunma nəticəsində digərinə keçərsə, paltarınız nəcis olacaqdır.