Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin camaat namazının sıralarında maneənin olması haqqında suala cavabını təqdim edir:
Sual-1: Əgər camaat namazında 2-ci, 3-cü və ya sonrakı sıralarda dayananlar divar və ya başqa maneəyə görə, ön sırada dayananların heç birini görə bilməsələr - baxmayaraq ki, ətraflarında duranların vasitəsi ilə camaata qoşuludurlar, camaat namazına qoşulmaları doğrudurmu?