Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Malın eyiblərini alıcıya deməmək haqqında suala cavabını təqdim edir:
Sual: Mənim maşınımın bəzi hissələri peşəkarcasına dəyişdirilmiş və ya təmir edilmişdir. Əgər maşını satarkən alıcı bu barədə bir söz soruşmasa və mən də bu məsələnin təfərrüatını alıcıya bildirməsəm, alverin və ondan qazanılmış pulun hökmü nədir?
Cavab: Sualda qeyd edilən halda alver səhihdir və qazanılmış pul da halaldır.