Gündəlik hökmlər: Halal musiqini haram musiqidən ayırd etməyin meyarı

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Halal musiqini haram musiqidən ayırd etməyin meyarı haqqında suala cavabını  təqdim edir:  
 
Sual.  Halal musiqini haram musiqidən ayırmağın meyarı nədir? Klassik musiqi halaldırmı? Bu meyarı açıqlamağınız çox yaxşı olardı.
 
Cavab: Əgər bir musiqi ürfün nəzərində əyyaşlıq məclislərinə münasib olub Allah yolundan azdıran ləhvi-ləb musiqi hesab olunursa, haram musiqidir. Belə bir musiqinin klassik və ya qeyri-klassik olmasının fərqi yoxdur. Bunu müəyyənləşdirmək mükəlləfin ürfünün nəzərinə həvalə olunur. Əgər musiqi qeyd edilən xüsusiyyətdə olmasa, öz-özlüyündə işkalı yoxdur.