Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Camaat namazında elgözünə iştirak etmək haqqında suala cavabını təqdim edir:
Sual: Ağlabatan məsləhət üzündən ədalətli hesab etmədiyim camaat imamına iqtida edirəm. Camaat namazından sonra isə namazımı təzələyirəm. Əgər mən digər məmumların imama birləşməsi üçün vasitə olsam, namazımı təzədən qıldığımı onlara deməyim vacibdirmi?!
Cavab: Digər məmumlara deməyiniz lazım deyil.