Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Ayat namazını camaatla qılmaq haqqında sualına cavabını təqdim edir:
Sual: Ayat namazını camaatla qılmaq olarmı?
Cavab:
* Ayat namazını camaatla qılmağın maneəsi yoxdur, hətta onu camaatla qılmaq müstəhəbdir.
* Ayat namazını camaatla qılmağın hökmü gündəlik namazları camaatla qılmağın hökmü kimidir. Belə ki, imam-camaatın "qiraət"i kifayət edir və məmum"qiraət" etmir (yəni Həmd və Surəni oxumur).