Gündəlik hökmlər: Ramazan ayına kimi orucun qəzasını gecikdirməyin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Orucun qəzasını gecikdirməyin hökmü  haqqında sualına cavabını  təqdim edir:
 
Sual: Ötən iki ildə Ramazan ayından  təxminən on gün qəza orucum qalıb və  növbəti Ramazan ayına kimi onların qəzasını tutmamışam.  Orucların təkrarı və kəffarəsinə dair hökm necədir? 
 
Cavab: Əgər Ramazan ayının oruc qəzasını növbti  Ramazan ayına  kimi  şəri üzr olmadan  və  səhlənkarlıq üzündən gecikdirilibsə, təxirəsalma kəffarəsi vacibdir; o da (hər gün üçün)  yoxsula bir müdd (təqribən 750 qram)  təam  verməkdən ibarətdir. Yox,  əgər oruc  şəri üzrə görə pozulubsa, fidyəsi yoxdur və hər surətdə qəzası vacibdir.