Həmas sionist rejimin daha bir vertolyotunu vurdu

HƏMAS-ın hərbi qolu “İzzəddin Əl-Qəssam” briqadası Qəzzanın şimalında İsrail rejiminə aid Apaçi vertolyotunu vurub.
Maide.az-ın Fələstin Məlumat Mərkəzinə istinadən məlumatına görə, vurulan vertolyot yerə çırpılıb.

Qeyd edək ki,İzzəddin əl-Qəssam briqadası artıq işğalçı rejimin ikinci Apaçi  tipli vertolyotunu vurub. Bundan öncə iyul ayının əvvəllərində də “Sam7” raketləri ilə fələstinlilərə aid evləri hədəfə alan bir vertolyotu vurmuşdu.

Beynəlxalq KİV-lərin məlumatına görə, son günlər Fələstin Müqavimət Hərəkatı Qəzza səmasında işğalçı israil vertolyot və qırıcılarına qarşı hücumları intensivləşdirib. /