Hicab məhbusu- Araz Quliyev, Arif Fətəliyev ilə İlham Hətəmov 5 günlük müddətinə "kars"a salınıb
Maide.az-ın cenubnews-a istinadən məlumatına görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində vəhhabilərlə İslamçı məhbuslar arasında insident yaranıb.
Baş vermiş insidentdən sonra baş redaktor Araz Quliyev və iki hicab məhbusu - Arif Fətəliyev ilə İlham Hətəmov 5 günlük müddətinə "kars"a salınıb.
Qeyd edək ki, Araz Quliyev 8 il, Arif Fətəliyev 2 il, İlham Hətəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.