`Hizbullah` Əqsa məscidi ilə bağlı bəyənat yaydı

Hərəkat müsəlmanları birliyə səsləyib. 
İslamazeri.az-ın "ƏlAləm"-ə istinadən verdiyi xəbərə görə, dünya müsəlmanlarının sionist rejiminin Əqsa məscidinə davamlı hücumları müqabilində bir olmalarını istəyən təşkilat yaydığı bəyənatda bildirib: "Sionist rejiminin Əqsa məscidinə ərəblər tərəfindən sükutla qarşılanan və beynəlxalq səviyyədə təsdiqlənən hücumu "Hizbullah" tərəfindən pislənilir. Bu ardıcıl hücumlar Əqsa məscidinə qarşı olan təxribatdır. Əsas hədəf isə Əqsa məscidini bölmək və daha sonra isə sökməkdir. Bütün bu hadisələr elə bir zamanda baş verir ki, biz heç bir ərəb rəhbərinin bu barədə az da olsa etirazını görmürük. Ərəblərin sükutunu bu məsələni dəstəkləmələri kimi dəyərləndirə bilərik. Beynəlxalq qurumlar da tam olaraq gizləniblər və bu hal Əqsa məscidinin taleyini təhlükə altına aparır. Bunun olmaması üçün Əqsa məscidini müdafiə etmək niyyəti ilə böyük kampaniya yaradılmalıdır." /