Hizbullah Livanı İŞİD işğalından necə xilas etdi? - ARAŞDIRMA

Suriyada vətəndaş müharibəsi ümidsizlik, nifrət, qırğınlar, ölüm, cinayət və ən çoxu da məzhəbçilik, təkfirçilik və Əl-Qaidə demək idi. Bəzi Livanlılar Hizbullahı ölkələrini belə bir döyüşə çəkdiyi üçün tənqid edirlər. Lakin Beyrut Amerika Universitetindən bir çox professora, siyasətçi alim, araşdırmaçı, jurnalist və analitiklərə görə isə, Livanı Suriyadakı döyüşə çəkən Hizbullah deyil, Livanlı Suriya əleyhdarı siyasi partiyalar idi. Bu cür iddiaları, nəzəriyyə və günahlandırmaları isbat etmək üçün hər şeydən əvvəl bəzi suallara cavab vermək lazımdır:
 
1) Hizbullah Suriya döyüşünə nə vaxt daxil oldu?
 
2) Hizbullahın bu döyüşə girməyə haqqı var idimi?
 
3) Hizbullah Suriya döyüşünə girməmişdən əvvəl Şimal Livanda nə baş verirdi?
 
İlk sualdan başlayaq. Hizbullahın Suriyaya daxil olmasının əsl başlanğıc tarixi təxminən 2013-cü ilin may ayı idi. Hizbullah döyüşçüləri bu tarixdə üsyançıların əlindəki Kusayr qəsəbəsinə girdilər. Bununla birlikdə Hizbullah Suriyadakı sərhəd qəsəbələrinin yaxınlığında da ordu saxlayırdı. Lakin bu, Suriyada yaşayan Livan vətəndaşlarının üsyançılar tərəfindən öldürülməsindən sonra həmin insanları qorumaq üçün bölgəyə gedən bir neçə könüllü adamdan ibarət idi.
 
Yaxşı, Hizbullahın Suriya döyüşünə girməyə haqqı var idimi? Hizbullahın hökumətlə ittifaqı və müdaxiləsinin legitimliyi Suriya hökumətinin legitimliyi ilə əlaqəlidir. Suriya hökuməti Suriyada hələ dəstəyə sahibdirmi? Ordu hələ dəstəklənirmi? Üsyançıların arzuları Suriya xalqının arzuları ilə üst-üstə düşürmü? Bəli, iki tərəf də qırğın törədib; biri dinc xalqı atəşə tutub, digəri isə xalqı qorumaq üçün üsyançıları. Bununla birlikdə ən bitərəf statistikalar Hizbullahın Suriyaya müdaxiləsinin (2013) və Suriya ordusu ilə əməkdaşlığın Suriyalı vətəndaşların böyük əksəriyyətinin üsyançıların hərəkətlərindən, məzhəbçilik və radikallığından, cinayətlərindən yorulduqları vaxt reallaşdığını göstərir. 
 
Hizbullahın müdaxiləsi barədə cavablandırılması lazım olan ən əhəmiyyətli sual isə budur: Bu, düşünülmüş addım idimi? Lazım idimi? "Əl-Əkbər" qəzetinin sorğusuna görə, Livandakı xristianların dörddə üçü Hizbullahın müdaxiləsini dəstəkləyir. Şiələrin çoxu da bu hərəkəti dəstəklədi. Çünki eyni ilə xristianlar kimi onlar da qarşı tərəfdə meydana çıxan qruplara qarşı müdafiəyə ehtiyacı olan bir azlıq olduqlarını düşünürlər. Hizbullahın bu hücumunu əksəriyyət sünni də dəstəklədi, çünki Livan sünnilərinin çoxu onları sünni deyil, təkfirçi vəhhabi radikallar kimi görürlər.
 
Lakin bunların hamısı insanların fikirlərindəndir və yalnız bu fikirlər Hizbullahı bu döyüşə müdaxilədə haqlı etmir. Bu yerdə üçüncü sualı cavablandırmaq lazım gəlir: Hizbullah Suriyaya girməmişdən əvvəl nə oldu? Suala cavab üçün aşağıdakı siyahıya baxaq:
 
- Üsyançı qrupların Kalamundan təşkil etdikləri raket hücumları ilə Hərməlini bombaladılar və onlarla Livan vətəndaşının ölümünə səbəb oldular,
 
- Hizbullah qarşıdurmada açıq bir mövqe tutduğu vaxt, üsyançı qruplar Hizbullahı təhdid edərək, "növbə sizsiniz", - dedilər. Hizbullahın mövqeyi isə üsyançıları dəstəkləməməkdən ibarət idi.
 
- Suriya müharibəsinin ilk günlərində Kusayr bölgəsində yaşayan Livan vətəndaşların Hizbullahdan olmaları bəhanəsi ilə hədəflənərək öldürülmələri və sürgünləri başlamışdı.
 

- Livanlı zəvvarların qaçırılması və bunların Hizbullah qarşısında şantaj vəsaiti edilməsi Hizbullahın Suriya müharibəsinə daxil olmasından əvvəl baş vermişdi.
 
- Kusayrın ələ keçirilməsi və beləcə Hizbullahın silahla təminat yolunun kəsilməsinə cəhd edilməsi də Hizbullahın Suriya qarşıdurmasına girişindən əvvəl idi.
 
- Livanda sözdə Azad Suriya Ordusu, əslində isə Nusra və İŞİD terror şəbəkəsinin qurulması və şimali Livanın ölkədən qoparılmasına cəhd göstərilməsi, beləcə buranın müasir əməliyyat bazasına çevrilməsinə yönəlik addımlar atılması da Hizbullahın döyüşə girməsindən əvvəl idi.
 
- Ərsəlin üsyançı şəhəri və Azad Suriya Ordusunun Livandakı bazası və terrorizm qərargahı halına gətirilməsi də Hizbullahın Suriyaya girişindən əvvəl idi.
 
- Kalamuna dəstələr yığaraq, onları Hərməlin işğalına hazırlamaq da Hizbullahın döyüşə girişindən əvvələ təsadüf edir.
 
- Şimali Livanı Azad Suriya Ordusunun və digər təkfirçilər üçün etibarlı yuva və Təlkala-Kusayr-Kalamun bölgələri üzərindən silah sərfiyatı yoluna çevirmək də bundan əvvəl idi.
 
- Suriyalı üsyançılar üçün idxal edilmiş silahlarla dolu Lütfullah 1, 2 və 3 gəmilərinin Trablus sahilində aşkarlanması da bu tarixdən əvvəl idi.
 
Gördüyümüz kimi Şimali Livan Hizbullahın Suriyadakı qarşıdurmaya daxil olmasından uzun müddət əvvəl bu terror qrupları üçün etibarlı baza halına gəlmişdi.
 
Beyrut Amerika Universitetində siyasi alimi Əhməd Musalli Hizbullahın Suriya müdaxiləsinin Livanı başqa bir İŞİD mərkəzi halına çevrilməsindən qurtardığını bildirir. Yuxarıda sadalananlara diqqət etsək, bu açıqlamanın doğruluğu açıq-aydın görünür.
 
Bu səbəbdən Suriya əleyhdarı məzhəbçi "fəallar" və "siyasətçilər" sevinsə də, sevinməsə də Hizbullah Livanı bir daha xilas etdi, lakin bu dəfə İsraildən deyil, Qərbin yetişdirdiyi "cihadçılar"dan.